RU
Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi
18:00
14

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb.

İyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir.

Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyət müşahidə olunur.

Qeyd edək ki, körpə iyunun 27-də Sabunçu Tibb Mərkəzində 36 həftəlik hamiləlikdən sonra qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Doğuş zamanı onun çəkisi 2 kiloqram 600 qram, boyu isə 47 santimetr olub.

Rəsmi açıqlamaya əsasən, körpə "çoxsaylı inkişaf qüsurları ilə" doğulub.

Ana isə müalicə və müşahidə mərhələsindən sonra iyunun 30-da yazılı iltizamnamə ilə övladından imtina edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi qurumun əməkdaşları prosesə cəlb olunublar:

"Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq agentlik tərəfindən 1 nömrəli körpələr evinə yerləşdirilib. Körpənin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılacaq".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ