RU
Xocalıda minaya düşən şəxsin ayağı amputasiya olundu
14:00
14

Xocalıda minaya düşən şəxsin ayağı amputasiya olundu

Xocalıda minaya düşən ANAMA əməkdaşı Anar Həsənovun son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, onun ayağı amputasiya olunub:

"Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün 10.09.2026-cı il tarixində saat 10:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub. Sol aşıq baldır oynağı nahiyəsinin travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur”.

Qeyd edək ki, işğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində 10 sentyabr tarixində mina hadisəsi baș verib. Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində A.Həsənov sol ayağından xəsarət alıb. O, Goranboy sakinidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ