Çində 14 yaşlı rus model Vlada vəfat edib.
Həddindən artıq işlədilən qız qan zəhərlənməsi səbəbindən dünyasını dəyişib. Qızın gündə 13 saat işlədiyi məlum olub.
Rusiyanın Şanxaydakı konsulu Andrey Kulikov bildirib ki, 14 yaşlı modelin ölüm səbəbi qanının zəhərlənməsi və orqan çatışmazlığıdır.
Kulikov qeyd edib ki, Perm şəhərindən olan model qan və sinir sistemi iltihabı ilə yanaşı uzun müddət davam edən stress səbəbindən də ölə bilər. Bunu isə ancaq tibbi ekspertiza üzə çıxara bilər. Meyitin yarılması üçün isə valideynlərin icazəsi lazımdır./olke.az
7news.Az










