Dünya şöhrətli müğənni Cennifer Lopez sosial şəbəkədə səmimi fotolarıyla izləyicilərini təəccübləndirməyə davam edir.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı JLO 134 milyondan çox abunəçisi olan "İnstagram" səhifəsində bu dəfə makiyajsız halını paylaşıb.
"Hekayə" bölməsində paylaşdığı videoda o, indiyədək botoksdan istifadə etmədiyini vurğulayıb.
Şənbə günü isə müğənni uşaqlarıyla fotosunu paylaşaraq "Xoşuma gəlir ki, onlar hələ də analarının qucağında oturmaq istəyirlər" sözlərini yazıb. Həmin fotoda da Cennifer tamamilə makiyajsızdır.
7News.Az








