"Sevgilimin fotosessiyadan xəbəri var idi"
"ARB Ulduz”un "Şou-məkan” proqramının növbəti qonağı azərbaycanlı model Nərgiz
İsayeva olub.
Yeni görüntüləri ilə yay gəlməmiş insanları yandırıb yaxan, baxanların canında
can qoymuyan cazibədar model maraqlı açıqlamaları ilə diqqət çəkib.
Model ilk olaraq ona qarşı münasibətin dəyişdiyini bildirib:
"Bu fotosessiyadan sonra məni daha çox insan tanıdı. Onlarla qarşılaşanda
insanlar öz müsbət reaksiyalarını göstərirlər. Əslində bu fotosessiya çox çətin
oldu. Amma mən bilirdim ki, bu iş uğurlu alınacaq və partlayış yaradacaq”.
Uşaqlıqdan model olmağa can atan Nərgiz, bu gün açıq-saçıq pozları ilə o qədər
cəsarətli addımlar atır ki, fotosessiyada sərhədləri darmadağın edir:
"Heç bir modelə pərəstiş etməmişəm. Uşaqlıqdan istəyirdim ki, model olum. Nəhayət
ki, hər şey alındı və indi mən model kimi çalışıram. Bu iş mənim üçün başlanğıc
idi və mən başqa ölkələrdə modelliyə davam etmək istəyirəm”.
Cazibədar model, etdiyi fotosessiyalara görə ailəsinin ona sərhədlər
cızmadığını, hətta mane olsalar belə öz bildiyini edəcəyini deyib:
"Evdəkilər də, sevgilim də fotosessiyadan xəbərdar idi. Anam hər çəkilişdə mənim
yanımdadır. Ailəm bilir ki, mənə etmə desələr, bunu onlara rəğmən edəcəm. Ona
görə heç kim heç nə demədi”.
Özünə tam arxayın olub, necə deyərlər, yelkənləri qaldıran, yaxıb-yıxmağa həvəsli
olan model Nərgiz İsayeva sonda rəqiblərinə ismarış göndərməyi də unutmayıb:
"Bilirəm ki, məndən əvvəl də belə çəkilişlər olub. Soyunanlar olub. Ancaq
bilirdim ki, mənim çəkilişim partlayış yaradacaq. Ona görə də çəkildim. Bundan
sonra nə qədər soyunsanız da, ilk addımı mən atdım və hər zaman sizdən öndə
olacam”.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində,
polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.








