RU
Aktyor onu təhqir edən izləyicisini polisə verib - Foto
14:10
334

Aktyor onu təhqir edən izləyicisini polisə verib - Foto

Aktyor Kıvanç Tatlıtuğun sosial şəbəkədə onu təhqir edən izləyicisini polisə verib.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tvitter hesabında koronavirusla bağlı paylaşım edən sənətçi şübhələndiyi üçün xəstəxanada müalicə aldığını bildirib.

Bundan sonra izləyicilərdən biri  ona "İstənilən halda heç vaxt xalq üçün nəsə etməmisən. Sən səni yaraşıqlı olduğun üçün sevən beyinsiz insanların gözündə adi bir aktyorsan” -, deyə şərh yazıb.

Buna əsəbləşən 37 yaşlı aktyor onu polisə şikayət edib. Hazırda həmin şəxs barədə araşdırmalar gedir.

Aktyor onu təhqir edən izləyicisini polisə verib - Foto

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ