ARB TV-nin "Elgizlə İzlə” verilişinin qonağı müğənni Aygün Mahmudova olub.
İfaçı mərhum bəstəkar Nailə Mirməmmədli ilə bağlı xatirəsini bölüşüb:
"Kənanla təzə tanış olduğumuz vaxtlar idi. Mənə dedi ki, səni anamla tanış edəcəm. Sevindim. Çatanda gördüm ki, Nailə xanımgilə gətirdi. Evlərini tanıyırdım. İçəri girib görüşdük. Dedim, bəs, anan hanı? Dedi, anamdır da. Kənan Nailə xanıma dedi ki, ana, bax, gəlinimizi gətirmişəm. Doğma anası yerinə ilk onunla tanış etmişdi. Onu çox istəyirdi. Ölüm xəbərini eşidəndə Kənan özünə yer tapa bilmədi. Səhərə qədər yatmayıb”.








