Mətanət Əsədova canlı yayımı tərk etdi.

ARB TV-də "Səhər-Səhər” verlişində qonaq olan müğənni Mətanət Əsədova ilə yazıçı, kulturoloq Aydınxan Əbilov arasında mübahisə yaranıb. Kulturoloqun müğənni haqqında "özünü qalmaqallarla piar edir" deməsi Əsədovanı özündən çıxarıb.

"Mən sənətkaram. Reklama ehtiyacım yoxdur",-deyə cavab verən Əsədova efiri tərk edib.