RU
lombard
Azərbaycanda dörd yaşlı uşaq avtomobildə yanaraq öldü
16:20
178

Azərbaycanda dörd yaşlı uşaq avtomobildə yanaraq öldü

Ucar rayonunda bədbəxt hadisə baş verib. 

"Report”un məlumatına görə, hadisə rayonun Təzə Şilyan kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106” markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ