RU
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qoruyan qız yaralandı
16:44
29

Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qoruyan qız yaralandı

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

7News.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 "q" sinifinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ