RU
“Boynuma ağırlıq verirdi...” - Sinəsini kiçiltdirən Samirə
22:20
764

“Boynuma ağırlıq verirdi...” - Sinəsini kiçiltdirən Samirə

Meyxanaçı-müğənni Samirə Yusifqızı bir müddət öncə əməliyyat yolu ilə sinəsini kiçiltdiyinə görə peşmandır.

7news.Az xəbər verir ki, bu barədə ifaçı "Show time” verilişinə açıqlamasında deyib. O bildirib ki, bir daha əməliyyat masasına əyləşməz: 

"Sinəm boynuma ağırlıq etdiyinə və kürəyimə ağrı verdiyinə görə kiçiltdirdim. İndiki ağlım olsaydı, əməliyyat etdirməzdim. O yükü daşıyardım, amma etdirməzdim, çünki mütləq fəsadlar olur.

Bir yer balacalaşırsa, o başqa yerdə özünü göstərməyə başlayır. Biz elə bil ki, Allahla davaya çıxmışıq. Həkim bizi güclə çağırmır, özümüz gedib bıçağın altına giririk. Növbəti dəfə əməliyyata girmərəm”.

 


7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ