Litva regionda sabitliyi pozmağa yönəlmiş cəhdlər davam edərsə, Estoniya kimi Rusiya ilə sərhədi bağlamaq qərarı verə bilər.
Bunu Litva Prezidenti Gitanas Nauseda deyib.
"Litva da belə qərarlar qəbul edə bilər. Lakin bütün amilləri, ilk növbədə, Kalininqrada tranzit ölkə olduğumuzu nəzərə almalıyıq", - o bildirib.
Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxna dekabrın 1-dən etibarən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanacağını elan edib.








