Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez bu yaxınlarda 75 yaşı tamam olan anasının ad gününü qeyd edib.
Lopez ad günü şənliyindən olan kadrları özünün "İnstagram" səhifəsində paylaşıb.
Paylaşımın şərh bölməsində isə ulduz bu sözləri qeyd edib:
"75-ci doğum günün mübarək, mənim gözəl anam. Səni çox sevirəm. Hamımız sevirik. Sən hər yaşda gənc və zamandan xaric olmağın tərifisən... Sonsuz sevgin, enerjin, dəstəyin və sadəcə özün olduğun üçün təşəkkür edirəm!!! Səni sonsuzadək sevirəm".
Kadrlarda Lopez və nişanlısı Aleks Rodrigezin qadına sürpriz etdikləri, daha sonra isə süfrə başında deyib-güldükləri əks olunub.









