Bir vaxtlar həyat yoldaşından məhz sənətinə görə boşandığı iddiası ilə haqqında söz-söhbətlər ayaq tutub yeriyən müğənni Rahidə Baxışova ARB Ulduz-un "Virtual həyat" proqramına açıqlamalar verib.
7news.Az xəbər verir ki, şəxsi həyatı ilə bağlı kəlmə kəsmək istəməyən sənətçi, keçmiş həyat yoldaşı ilə münasibətlərinin bitməsinə baxmayaraq, hələ də, hörmətin olduğu kimi qaldığını söyləyib:
"O insana qarşı çox böyük hörmətim var. Həqiqətən, böyük hörmətim var. Övladımın atasıdır. Madam ki, bu münasibət alınmır, o zaman Allahın bildiyi bir şey var da, biz kimik ki?"
Açıq-saçıq geyimlərlə bağlı sualları da cavablandıran müğənni hər zaman çərçivəni qoruduğunu bildirib:
"Biri var, deyir ki, əgər sən klip çəkdirsən, yadda qalmaq istəyirsənsə, açıq-saçıq fotosessiyalar etməlisən. Dedim ki, yox, mən edə bilmərəm. Mənə açıq-saçıq paltarlar göstərəndə deyirəm ki, o cür paltarlar göstərməyin. Təbii ki, çox qapalı olmasını da istəmirəm".
Rahidə Baxışova ilə olan geniş reportajı bu bazar saat 13:00-da Şou məkan verilişində izləyə bilərsiz.
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:










