RU
Eks-sevgilisi Vatanı öldürərkən sərxoş olub - Təfərrüat
13:20
448

Eks-sevgilisi Vatanı öldürərkən sərxoş olub - Təfərrüat

Türkiyədə aparıcı-aktyor Vatan Şaşmazın ölümü ilə bağlı polis raportu yayılıb.

Məlumatda cinayətkar Filiz Akerin dəfələrlə intihara cəhd etdiyi, aparıcını öldürərkən sərxoş olduğu qeyd olunub:

"Araşdırma zamanı məlum olub ki, Vatan Şaşmazla Filiz Aker 2009-cu ildə ayrılıblar. Lakin, F. Aker bu ayrılığı həzm etməkdə çətinlik çəkib və platonik olaraq mərhumu sevməkdə davam edib.O, dəfələrlə intihar edəcəyi barədə yaxınlarına məlumat verib.  Hətta, 2011-ci ildə psixotrop tərkibli dərman preparatı qəbul edərək özünü öldürmək istəyib. 

Filiz Aken 1 ay yarım bundan əvvəl Oya otelinə gəlib və burada otaq kirayələyib. Həmin qadın 27.08.2017 tarixində Dora adlı qohumunu əri ilə birgə otelə dəvət edib. Yemək zamanı F. Aken spirtli içki qəbul edib və 17:00 radələrində V. Şaşmazın gələcəyini, onunla görüşəcəyini deyərək kafedən ayrılıb. Daha sonra otaqda görüş zamanı mərhumun kürək nahiyəsindən 4 dəfə silah çəkib. Qatil daha sonra qulağının üst nahiyəsindən vuraraq özünü öldürüb”./qafqazinfo

 

 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ