RU
lombard
Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır -FOTOFAKT
10:26
150

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır -FOTOFAKT

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadə Avropada daha bir şirkət açıb. 
 Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.:  
"Əhməd Əhmədzadə 30 il ərzində ölkənin büdcəsini taladı, sakitcə, toxunulmadan getdi istirahətinə. Oğlu Cümə isə hələ də atasının oğurladıqlarını, Mərkəzi Bankın rəhbəri olan qayınatasının sayəsində əldə etdiklərini bir ucdan Avropaya daşıyır. 
Azərbaycanda, Türkiyədə, İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri bu tayfaya azlıq edib, Çexiyada 3-cü şirkətini açıb. 
Cümə Əhmədzadə bir neçə gün əvvəl, daha dəqiqi dekabrın 1-də Çexiyanın Budyonovsk Regional Məhkəməsində RESORT HURKA S.R.O şirkətini qeydiyyatdan keçirib. Şirkətin sənədlərində qeyd olunur ki,  ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də Resort Hůrka s.r.o.-ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir"./Yenixeber.org
 

 

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ