RU
Xose sərbəst buraxıldı - İstintaq davam edir
14:30
559

Xose sərbəst buraxıldı - İstintaq davam edir

 

Tanınmış reper Elşad Xose sərbəst buraxılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib. 

Bildirilib ki, Xosenin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, ancaq istintaq davam edir. 

Qeyd edək ki, reperin eks-xanımı Oksana Rəsulova Xose tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.
 
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq)  maddəsi ilə cinayət işi başlanılıb./qafqazinfo

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ