“Ortancıl xanımınızın yerində olsaydım elə ordaca sizdən boşanardım”.
7News.Az məlumat verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan türkiyəli iş adamı Ali Ağaoğlunun mətbuat konfransında dediyi sözlərə münasibət bildirərkən deyib. Müğənni Instagram hesabında bu haqda belə yazıb:
“Bayramlarımızı qeyd etsək də ürəyimiz qan ağlayır, son günlər qardaş Türkiyədə baş verən terror hadisələrinə görə. Ali Ağaoğlu bəy nəyə güldü, necə güldü, niyə güldü və güldürdü?? Gülənlərə də ayıb olsun. Bu gülüşünün qarşısında özü-özünə bir cavab tapacaq? Ayıb olsun! Qərənfil ucuz deyil! Şəhidlər ucuzdurmu onların qərənfilləri də ucuz olsun? Bəlkə heç sizin məzara qərənfil də tapılmayacaq. Çox kasıb insanın daxili varlıdır, çox varlı insanın daxili kasıbdır. Yazıqdır, yazıq!!! 10 yaşında yanınıza aldığınız oğlunuz Merd bu hərəkətinizin qarşısında namərd olsa günahı sizdədir. Ortancıl xanımınızın yerində olsaydım elə ordaca sizdən boşanardım”.
Qeyd edək ki, Ali Ağaoğlu mətbuat konfrasında bir neçə gün əvvəl terror baş verən Taksim meydanında olduğunu deyib:
“Ortancıl xanımımı, oğlumu da götürüb İstiklal küçəsinə getdim. Çoxdandır ora getmirdim. Həm də nostalji oldu. Hadisənin olduğu yerə getdim. Millət kasıbdır, ora qərənfil qoyurdu, mən isə gül qoydum”.
Milyonçunun “Millət kasıbdır, ora qərənfil qoyur, mən gül qoydum” deyərək gülməsi birmənalı qarşılanmayıb. İnternet istifadəçiləri iş adamının ünvanına sərt tənqidlər yazıblar.
7News.Az









