RU
Faiq Ağayev küsülü olduğu Flora Kərimova haqqında ELƏ SÖZLƏR dedi ki... -VİDEO
15:47
320

Faiq Ağayev küsülü olduğu Flora Kərimova haqqında ELƏ SÖZLƏR dedi ki... -VİDEO

" Flora Kərimova ilə aramızada 32 il fərq var.Mən onun ağbirçəkliyini, yaşını, böyük sənətini sevərək həyatımı davam etdirirəm.Bu yaxınlarda nənə olmalıdır.Allah o səadəti ona doya-doya qismət etsin"

Bu sözləri "ATV maqazin onlarla" proqramında xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu Xalq artisti Flora Kərimovanın ünvanına deyib.

 

O bildirib ki, Flora Kərimovanın mahnıları üçün darıxıb.

" Darıxmışıq , mahnılar yazsın.Çünki onun ifaları Azərbaycan xalqına lazımdır. Flora xanım zəngin sənət baqajı olan sənətkardır.
Mən xaricdə tədbirlərdə olanda 20 gün sonra qayıdırdım. Bakıda olmayanda ata-anama zəng edirdi ki, lülə kabab istəyirəm. Çox səmimi münasibət var idi .Bax mən o münasibəti qoruyub saxlayacam, ondan o tərəfə keçməyəcəm"

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ