Bir qrup şəxs müğənni Gülbən Ərgənin telefonuna mesaj yazaraq ölümlə təhdid edib.
Hadisə ilə bağlı Anadolu Baş Prokurorluğu hərəkətə keçib.
Əməliyyat zamanı mesajlar atan Emre.K və Harun. G adlı şəxslər tutulub. Həbs olunan hər iki şəxsin kimliyi müəyyənləşib. Emre. K-nın sənətçinin eks-əri Erhan Çelikinin köməkçisinin qardaşı, Harun. G isə onun sürücüsü olduğu ortaya çıxıb.
Emre. K ifadəsində mesajları atmadığını, telefonu bacısı Sedaya verdiyini etiraf edib. Seda. K polis şöbəsinə çağırılıb və ittihamları qəbul etməyib. Bir qədər sonra Emre. K günahı boynuna alaraq G. Ərgənə mesajlar atdığını deyib.
Faktla bağlı cinayət işi açılıb. /qafqazinfo
7news.Az








