7News.az xəbər verir ki, Braziliyada Tereza adlı Qolden Retriver cinsi it, üzgüçülük hovuzunda boğulma təhlükəsi ilə üzləşən kiçik bir qızın köməyinə çatdı. Uşağın suda çabaladığını görən Tereza saniyələr içində hovuza tullandı və qızın ondan yapışmasına imkan verdi. Ailəsi gələnə qədər kiçik Maitênin suyun üzərində qalmasına kömək edən itin bu qəhrəmanlığı təhlükəsizlik kamerasına düşüb.








