Romada quş hücumu: İnsanlar küçələrdə çətirlə gəzirlər
7News.az xəbər verir ki, İtaliyanın paytaxtı Romada nəhəng sığırçın sürüləri yerli sakinlərin həyatını kabusa çevirib. Nəqliyyat vasitələri və küçələr quş peyini ilə örtüldüyü üçün insanlar hətta yağış yağmadığı vaxtlarda belə özləri ilə çətir gəzdirməyə başlayıblar. Narazılıqlarını dilə gətirən sakinlər vəziyyəti belə təsvir ediblər: "Sanki bombardman altındayıq. Göydən peyin yağır. Bu, elə bil dəhşət filmidir".