7News.az xəbər verir ki, Çinin Tibet Muxtar Bölgəsində yetişdirilən "Qara Almaz" (Black Diamond) alması nadirliyi ilə seçilir və olduqca yüksək qiymətə satılır. Bu almalar Tibetin Nyingçi şəhərində, təxminən 3100 metr hündürlükdə becərilir. Digər alma növlərindən tünd, bənövşəyi rəngli qabığı ilə fərqlənən bu meyvə, sözügedən bölgədəki güclü ultrabənövşəyi şüalanma və gündüzlə gecə arasındakı kəskin temperatur fərqləri sayəsində belə unikal bir rəng alır. İstehsal həcminin məhdud olması səbəbindən, hər bir "Qara Almaz" alması 10 ilə 40 dollar arasında dəyişən qiymətlərlə satılır. Tez-tez xüsusi hazırlanmış qutularda hədiyyə kimi təqdim olunan bu meyvə, yüksək qiyməti ilə diqqət çəkir.