Təhsil almaq üçün Yaponiyaya gedən şəxs 7 il sonra tapıldı
7News.az xəbər verir ki, təhsil almaq arzusu ilə Yaponiyaya yollanan 31 yaşlı vyetnamlı kişi, qarşıya qoyduğu məqsədlərə çata bilmədiyi üçün ailəsinin qarşısına çıxmağa utanıb. Ailəsindən təxminən yeddi il ayrı qalan və bu müddət ərzində beton drenaj borularının içində yaşayan həmin şəxs, təsadüf nəticəsində bir tikinti sahəsində aşkar edildi. Polisin müdaxiləsi sayəsində o, illərdir ayrı düşdüyü ailəsinə yenidən qovuşdu.