RU
lombard
İcra Hakimiyyəti ilə “tender kralı” arasında 1.6 milyonluq müqavilə bağlandı
19:17
369

İcra Hakimiyyəti ilə “tender kralı” arasında 1.6 milyonluq müqavilə bağlandı

Gədəbəy Rayon İcra Hakimiyyəti ilə "Azərtranss” MMC arasında toplam 1 milyon 666 min 81 manat 66 qəpiklik müqavilə bağlanıb. 

 

 

Yenisabah.az xəbər verir ki, MMC 856 min 257 manat 81 qəpik və 809 min 823 manat 85 qəpik dəyərində iki tenderin qalibi olub. "Azərtranss” bu vəsaitlə Gədəbəydə şəhərdaxili küçə, meydan və parkları abadlaşdırmalı və asfaltlamalıdır. 

Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən "Azərtranss” MMC  17 fevral 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Qazax rayonu, Heydər Əliyev prospekti, ev 58/5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qasımov Adil Məmməd oğludur.

Açıq mənbələrdə Adil Qasımov barədə hər hansı məlumata rast gəlinmir. Amma "Azərtranss” MMC barədə internet resurslarında çoxsaylı məlumatlar var. Media bu şirkəti "tenderlər kralı”  adlandırır. Çünki bir çox iri layihələr 20 manat nizamnamə kapitalı olan bu şirkətə həvalə edilib. 

Məsələn, 2019-cu ilin yanvar-dekabr aylarında "Azərtranss” MMC Qazax rayonunda 3 tenderin qalibi olub. Şirkət Qazax rayonundakı abadlıq işləri üzrə 791 min158 manat, 8 ədəd binanın dam örtüyünün təmiri üçün 669 min 467 manat və yolların təmir işləri üçün isə 530 min 040 manatlıq tenderlərin qalibi olub. Beləliklə, "Azərtranss”ın qalibi olduğu tenderlərin ümumi dəyəri 1 milyon 990 min 665 manat edir.

Bundan az əvvəl isə MMC Gədəbəy Rayon İcra Hakimiyətinin 933 min 623.8 manatlıq tenderini udub. 3 ay sonra sözügedən icra hakimiyyəti növbəti dəfə "Azrtranss”la 288 min 215 manatlıq müqavilə bağlayıb. Bu dəfəki müqavilə icra hakimiyyəti binasının təmiri ilə bağlı olub. 

2019-cu ildə "Azərtranss"ın Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 milyona manata yaxın dəyəri olan tenderlərinin də qalibi olub. 

Ehtimal edilir ki, bu şirkət hansısa vəzifəli şəxsə məxsusdur. Yaxud da "Azərtranss”dan korrupsiya əməliyyatlarında istifadə edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ