RU
lombard
Masallıda qanunsuz ağac kəsənlərə qarşı cinayət işi açıldı
12:34
190

Masallıda qanunsuz ağac kəsənlərə qarşı cinayət işi açıldı

7NEWS.az xəbər verir ki, Masallı rayonunun Binə Xocavar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı ETSN-in məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Lənkəran rayonu Günəhir kənd sakini Rüfət Səfərovun idarə etdiyi  "Qazel” markalı yük avtomobilində meşə məhsullarının buraxılış orderi –meşə bileti olmadan qanunsuz kəsilmiş ağaclar aşkar edilmiş və bunun nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 1.275  manat məbləğində ziyan vurulmuşdur.
Faktla bağlı  Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Masallı rayon polis şöbəsinə həvalə edilmişdir.
Hazırda iş üzrə istintaq  davam etdirilir.
 
7News.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ