Müğənni Damla hesab edir ki, ağlı olan qadın heç vaxt tənha qalmaz, özünü yalnız daxili dünyası ilə kişiyə sevdirə bilər.
"Üç nöqtə" layihəsinin suallarını bu həftə tanınmış ifaçı Damla cavablandırıb.
- Qalmaqal...
- Qalmaqalı sevmirəm, problemləri həmişə sakit reaksiya verərək həll etməyə çalışmışam. Boş-boş danışanların cərgəsinə qoşulmaq istəmirəm. Efirə çıxanda keyfiyyətli söhbət etmək, normal fikir bildirməyin tərəfdarıyam. Qadına da sakit və səbirli davranmaq yaraşır.
- İndiki ağlım olsaydı...
- Bir az gec ailə həyatı qurardım.
- Zəmanət verə bilərəm ki...
- Qarşıda gözəl mahnılar və hitlər çox olacaq. İnşallah!
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Körpələr və qocalar evi olmazdı.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Zahiri gözəllik vacibdir, amma qadını özünü yalnız xarakteri və daxili dünyası ilə qarşı tərəfə sevdirə bilər.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Elə bir kişi yoxdur.
- Qadına qarşı şiddət...
- Zəif kişilərin işidir!
- Vicdanıma and olsun ki...
- Ölənə qədər valideynlərimin qulluğunda dayanacam. Nə qədər ki, canım sağdır, onların heç nəyə ehtiyacı olmayacaq.
- Oğluma ən çox onu məsləhət görürəm ki...
- Dərslərini yaxşı oxusun.
- Təəssüf edirəm ki...
- Ona görə təəssüf edirəm ki, övladıma çox az zaman ayıra bilirəm.
- Ona görə, xəcalət çəkirəm ki...
- Özümə verdiyim sözləri tutmayanda utanıram.
- Vanqa nənə ilə görüşsəydim...
- Ona inanmıram. Ümumiyyətlə, baxıcılar mənim üçün maraqlı mövzu deyil.
- Günahlarım yadıma düşəndə...
- Vicdanım sızıldayır.
- Bəşəriyyətin gələcəyi barədə fikirləşəndə...
- İnanıram ki, Qarabağ bizim olacaq.
- Tənhalıq qadın üçün lənətdir, yoxsa...
- Xeyir, ağlı olan qadın heç vaxt tənha qalmaz.
- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...
- Elə bir insan yoxdur. Həyatımda biri var, hisslərimiz qarşılıqlıdır və çox xoşbəxtəm.
- Yaxşı gündə, pis gündə...
- Hər zaman ailəmin yanındayam.
- Damlanın mahnıları daha çox sevilməyə layiqdir, yoxsa ki...
- Düşünürəm ki, adi həyatda mənimlə dost olan bir insan müğənni Damladan çox, özümü sevər. Buna əminəm.
- O zaman göz yaşlarıma hakim ola bilmirəm ki...
- Nilufəri dinləyəndə gözlərimdən yaş axır, onun həzin səsi mənə çox pis təsir edir. Bizim ifaçılardan isə Ramalı dinlədikdə ürəyimin başı göynəyir.//publika.az
7News.az








