RU
Necati Şaşmaz tamaşaçısız qaldı — ŞOK HADİSƏ
16:35
627

Necati Şaşmaz tamaşaçısız qaldı — ŞOK HADİSƏ

Antalyada keçirilən 54-cü beynəlxalq film festivalı Necati Şaşmaz üçün pis başlayıb.

Filmə baxış ödənişsiz formada həyata keçirilsə də, salonda 5-10 nəfər tamaşaçı olub.

Filmin prodüsseri və baş rol ifaçısı Necati Şaşmaz isə bu səbəbdən salonu tərk edib.

Şaşmaz və komandası ilə bərabər Antalya bələdiyyəsinin sədri Menderes Türel həyat yoldaşı ilə filmi izləməyə təşrif buyurub. Salondakı boş yerlər diqqət cəlb edib. Çevrəyə filmə biletsiz dəvət göndərilsə də, zalı doldurmaq mümkün olmayıb. Festivaldakı işçiləri də salona yığdıqdan sonra yenə də salon boş qalıb. Necati Şaşmaz isə filmin ortasında salonu tərk edib./olke.az
 
7news.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ