RU
Polat Alemdarın anası Bakıya gəldi - Səbəbi isə...
17:40
629

Polat Alemdarın anası Bakıya gəldi - Səbəbi isə...

Kurtlar vadisi” serialının baş qəhrəmanı, Türkiyənin məşhur aktyoru Necati Şaşmazın (Polat Alemdar) serialdakı anası "Nəzifə"ni canlandıran aktrisa Serpil Tamur Bakıya gəlib.

Aktrisa Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasovanın ATV kanalında yayımlanacaq "Məlahətli söhbətlər” verilişinin qonağı olub.

Bu barədə Məlahət Abbasova özü açıqlama verib:

"Serpil Tamur çox istedadlı aktrisa, böyük sənətkardır. Siz onu verilişimdə daha yaxından tanıyacaqsız”.

Onu da öyrəndik ki, aktrisa verilişdə təmənnasız iştirak edib, heç bir qonorar tələb etməyib. //Yenicag.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ