RU
lombard
12:39
453

"Rabitəbank"da yerləşdirilən əmanətlər risk altında

Dünyada neftin qiymətinin kəskin ucuzlaşması, koronovirusun maliyyə bazarına mənfi təsiri, qonşu ölkədə devalvasiya həyəcanı və s. kimi amillər Azərbaycanın devalvasiyanın astanasında olduğundan xəbər verir.
7News.Az xəbər verir ki, Azərbaycanda baş verəcək devalvasiya zamanı ən çox zərər çəkəcək bank "RabitəBank"dır. Belə ki, sözügedən bank kredit bazarına aqressiv girdiyi üçün yüklü sayda kredit verir. Bankın Neftçilər metrostansiyasında 10 min manatdan çox xərclədiyi kredit reklamı, digər banklarda olan yüksək faizli kreditləri "Rabitəbank"a transferi kimi kampaniyaları sözügedən bankın kredit bazarına aqressiv girdiyini göstəricisidir.

"Rabitəbank" ötən ilin 4-cü rübündə136 mln. 604 min manat istehlak krediti verib ki, bu da ötən rüblə müqayisədə 7 mln. 832 min manat çoxdur.

Qeyd edək ki, Azərbaycanda əvvəllər baş vermiş devalvasiyada ən çox zərər çəkən banklar kredit bazarının aqressiv iştirakçıları idi.
 
 
 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ