RU
Roza qızının İNTİHAR edən iş adamı ilə adının hallanmasına BELƏ REAKSİYA verdi
14:02
415

Roza qızının İNTİHAR edən iş adamı ilə adının hallanmasına BELƏ REAKSİYA verdi

Müğənni Roza Zərgərli qızı Bənövşənin adının Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə hallanması məsələsinə münasibət bildirib.

 R.Zərgərli həmin şəxsi tanımadıqlarını və məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini söyləyib:

"Jurnalist peşəsinə hörmətim var, əksəriyyəti savadlı və ədalətlidir. Amma bəziləri yalan, böhtan xarakterli, qərəzli, həqiqətə uyğun olmayan xəbər yayır. Şantaj edib, pul qazanmaq üçün əsassız xəbərlər yaymaqla, qarayaxma kampaniyası ilə məşğuldurlar. Peşəkar jurnalistlər bunu etmir. Yersiz sözlər işlətmək istəmirəm. Nəticədə hər kəs öz qabiliyyətinə görə hərəkət edir. Qısası onu deyim ki, faciəvi şəkildə dünaysını dəyişən Ramin Əliyevi mən tanımıram. Ölənə "Allah rəhmət eləsin" demək, bir insan kimi onun ailəsinə və yaxınlarına başsağlığı vermək lazımdır. O, Bənövşə Allahverdiyevaya ev bağışlamayıb. Onun yanında özünə qəsd etməyib. Bu, uydurma, yalan və böhtandır. Bu məlumatları yayanlar birinci Allah, ikinci qanun qarşısında cavab verəcəklər!".

Xatırladaq ki, hadisə noyabrın 17-də da Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında baş verib. Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib./big

Roza qızının İNTİHAR edən iş adamı ilə adının hallanmasına BELƏ REAKSİYA verdiRoza qızının İNTİHAR edən iş adamı ilə adının hallanmasına BELƏ REAKSİYA verdiRoza qızının İNTİHAR edən iş adamı ilə adının hallanmasına BELƏ REAKSİYA verdiRoza qızının İNTİHAR edən iş adamı ilə adının hallanmasına BELƏ REAKSİYA verdi7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ