Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda qonaq olan Rüfət Axundovun keçmişi ilə bağlı bəzi sirli məqamları açıqlayıb.
7News.Az xəbər verir ki, Tolikin bu açıqlaması Rüfət üçün gözlənilməz olub.
Aparıcı Rüfətin sevgilisi ilə görüşdüyü məkanda ofisiant işlədiyi dövrləri xatırladıb:

"Allah hər kəsə bir yol yazıb. Vaxtİykən heç Rüfətin ağlına da gəlməzdi ki, mən haçansa prodüser olaram, aparıcı olaram. Mən ofisiant idim. Rüfət gəlib orada otururdu, cavan oğlan idi. O vaxt o subay idi. Sevgilisi də var idi, ta deməyəcəm kim! Mən orada onun qabağına çay qoyurdum, sok qoyurdum. Mən o vaxtdan bu yana heç dəyişmədim".
Aynur Dadaşova Tolikin müğənni barədə bu açıqlamasına "Doğurdan, Tolik?" kəlməsi ilə təəccüb edib.
Rüfət gülümsəyərək aparıcının sözlərinə "Biz onunla səmimi dost olmuşuq" cavabını verib.
7News.Az








