RU
Rusiya ordusunun Kiyevə hücumunda xəsarət alanların sayı 16-ya çatıb
13:10
18

Rusiya ordusunun Kiyevə hücumunda xəsarət alanların sayı 16-ya çatıb

Rusiya ordusunun gecə Kiyevə hücumunda xəsarət alanların sayı 16-ya çatıb.

Bu barədə Ukrayna daxili işlər naziri İvan Vıqovski bildirib.

Solomenski rayonunda iki nəfərin öldüyü bildirilir.

Vıqovskinin sözlərinə görə, 50-dən çox obyekt, yaşayış evləri, yataqxanalar, məktəb əraziləri, mağazalar, un istehsalı müəssisələri zərər görüb.

Bundan başqa Dnepr-Zaporojye qatarı Rusiya ordusunun zərbəsinə məruz qalıb, zərərçəkən olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ