lombard

“SAB” şirkətinin kolbasasından paslanmış bolt çıxdı - FOTO

“SAB” şirkətinin kolbasasından paslanmış bolt çıxdı - FOTO

"Adı kimi dadı var” – özünə bu cür iddialı sloqan seçən, hazırladığı məhsulların yüksık keyfiyyətinə zəmanət verən, əhalini müxtəlif çeşidli halal kolbas və sosislərlə təmin etdiyini iddia edən "SAB” şirkəti müştəri qınağına tuş gəlib.


Sfera.az-ın məlumatına görə, facebook sosial şəbəkəsində fəaliyyət göstərən "ƏN SON XƏBƏRLƏR” səhifəsində özünü Nazlı Xanım kimi təqdim edən istifadəçi "Sab” şirkətinə qarşı ağlasığmaz ittiham irəli sürüb: "Salam. Mənim şikayətim "SAB” şirkətindəndir. Uşaqlar çox istəmişdi deyə, axşam kolbas aldıq, içindən çıxana baxın- paslanmış bolt!”,-deyə Nazlı Xanım bildirib.

 

Sözlərini arasında dəmir bolt olan kolbas dilimlərinin fotoları ilə təsdiqləyən xanımın paylaşımına 369 bəyənmə, 194 şərh gəlib, 155 istifadəçi sözügedən durumu öz sosial şəbəkə hesabında paylaşıb. İstifadəçilər bu biabırçılığı sərt şəkildə pisləyərək, səbəbkarların ünvanına lənət yağdırıblar, onların arasında bu acınacaqlı vəziyyətə ironik yanaşıb lağa qoyanlar da olub.

 




Xəbər lenti