Məşhur türk müğənnisi Serdar Ortaç sevgilisi Seçil Gürün "Məni nə qədər sevirsən?" sualına verdiyi cavabla qısa müddətdə sosial şəbəkələrdə gündəmə çevrilib.
7News.Az haberler.com-a istinadən xəbər verir ki, bir müddət həmkarı ilə sevgili olan müğənni özünün "İnstagram" səhifəsində maraqlı video paylaşıb.
Belə ki, videoda Gürün ona verdiyi "Məni nə qədər sevirsən" sualına Ortaç kreativ şəkildə cavab verib:
"Bir şirin meşədə aylarla ac qalıb bir antrikot balasını görüb, qıymadığı üçün yeməməsi qədər".
Ortaçın "antilop" əvəzinə "antrikot" dediyi video qısa müddətdə sosial mediada ən çox paylaşılanlardan olub.
Səhvinə görə gündəmə çevrildiyini görən Ortaç bu dəfə sevgilisiylə qucaqlaşdığı şəklini paylaşaraq "Canım antrikotum" sözlərini yazıb.
7News.Az








