Türkiyəli yumorist və şoumen Cem Yılmazla yollarını ayıran məşhur aktrisa Serenay Sarıkaya ilk dəfə keçmiş sevgilisi barədə danışıb.
Bu barədə "HaberGlobal” xəbər yayıb.
Bildirilir ki, aktrisa bu yaxınlarda Cem Yılmazın bir paylaşımını bəyənib. Sarıkayanın bu hərəkəti onların barışdıqları barədə söz-söhbətə səbəb olub. Türkiyəli aktrisa jurnalistlərin bununla bağlı sualını cavablandırıb.
"Yox (barışmadıq – red.). Özü də deyib. Məsələ sadəcə bir "like”dan ibarətdir. Mövzunu bura gətirməyin. Biz yetkin insanlarıq və bu da normal bir davranışdır. Görüşmürük, amma küsülü deyilik”, - deyə aktrisa izah edib.








