RU
Təranə boşandığı həyat yoldaşından danışdı:
14:40
478

Təranə boşandığı həyat yoldaşından danışdı: "Qızlarıma dedim ki, sizin atanız..." - foto

Müğənni Təranə Qumral Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.

7News.Az xəbər verir ki, ifaçı xanım ilk evliliyindən danışıb:

"Anar Mədətovla həyat yoldaşının boşanma məsələsinə çox üzüldüm. Belə məsələlər olanda istəyirəm ki, analar övladlarını evə daha sıx bağlasınlar, desin ki, bu bizim problemimizdir, sizin yox. Mənim də başıma gəlib ayrılıq məsələsi. Mən qızlarıma dedim ki, o sizin atanızdır, atanız olacaq da qalacaq. Çünki ürəklər qırılanda o evdə birgə yaşamağın adı yoxdur".

Qeyd edək ki, Təranə Qumral boşandıqdan sonra ikinci dəfə ailə həyatı qurub. Musa Musayevlə evlənən Təranənin bu evlilikdən Sevgim adlı bir qızı var.



Təranə boşandığı həyat yoldaşından danışdı:
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ