RU
Zaurun verilişində QALMAQAL: Meyxanaçı efiri tərk etdi - VİDEO
16:40
727

Zaurun verilişində QALMAQAL: Meyxanaçı efiri tərk etdi - VİDEO

Zaur Kamalın aparıcılıq etdiyi "Həmin Zaur" verilişində qalmaqal yaşanıb.

Veriliş zamanı qonaq olan meyxanaçı Yaşar Qafanlı ilə Zaur Kamal arasında mübahisə yaranıb. Buna səbəb isə Zaurun meycanaçıya "dostların xahiş elədi ki, səni verilişimə qonaq dəvət edim. Sən bar-bar bağırmısan ki, Zaur məni efirə çıxartsın" sözləri olub.

 

Yaşar Qafanlı isə bu sözlərə sərt reaksiya göstərib:

"Ayıbdır, camaat baxır. Lazım olsa hansı kanalı açsan məni göstərərlər. Elə danışmaq lazım deyil, camaat baxır. Mən artıq 20 il olacaq ki. camaat tanıyır məni. Bu veriliş elə bil verilişdi ki, hamı çıxmaq istəyər. Amma düzgün danışmırsan. İstəyirsən lap çıxım gedim, heç sənin verilişin lazım deyil mənə".



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ