ABŞ-ın tanınmış aktrisası Lisa Sheridan ölüb.
7News.Az Mirror-a istinadla xəbər verir ki, aktrisanın ölüm xəbərini onun meneceri təsdiqləyib.
Lisanın intihar etdiyi deyilsə də, meneceri bu xəbərləri təkzib edib.
ABŞ-ın Corciya ştatında doğulan Lisa 44 yaşında mənzilində dünyasını dəyişib.
Qeyd edək ki, Lisa "CSI: Crime Scene Investiagtio", "The 4400" kimi məşhur seriallara çəkilib.
7News.Az









