Aygün Kazımova küçədə mahnı ifa etdi — VİDEO

Aygün Kazımova küçədə mahnı ifa etdi — VİDEO
Xalq artisti Aygün Kazımova küçədə mahnı ifa edib.
İfaçı bu barədə videogörüntünü öz İnstaqram səhifəsində paylaşıb.

 Videoda müğənni gitarada ifa edən cavan müsiqiçini müşayət edir. Görüntü Bakının mərkəzi küçələrinin birində yerləşən Opera Balet teatrının qarşısında çəkilib.

Video qısa müddət ərzində izləyicilər tərəfindən çox bəyənilib və  xalq artistinin ünvanına maraqlı şərhlər yazılıb.

"Bu qadın bu ölkənin fövqaladə hadisədir. Nə vaxt nə edəcəyi bəlli deyil. Sizi çox sevirəm",  "O qədər təbii, səmimi, və gözəl xanımsınız.Canım Aygün xanım"- deyə izləyicilər xalq artistinə öz səmimi hisslərini bildiriblər.

Qeyd edək ki, Aygün Kazımova hər zaman novator müğənni kimi gündəmdə qalmağı bacarıb./ölkə

 

7News.Az

Xəbər lenti