Aparıcı Aytən Səfərova 106.3 FM-də Raqif Raufoğlu ilə birgə apardığı "Bumeranq" şousundan ayrılıb.
7News.Az axşam.az-a istinadən bildirir ki, bu barədə o, özü məlumat verib.
"Bu gün "Bumeranq" səhər şousunda axırıncı çıxışımdır", - aparıcı veriliş zamanı söyləyib.
O, aprelin 8-dən etibarən, Dj Valid (Valid Əliyev) və Natiq Zərbəliyevlə birgə 106 FM-də "Primetime" verilişini aparacaq.
"Bumeranq" səhər şousunda Aytənin yerinə kimin gələcəyi isə bəlli deyil.
Qeyd edək ki, bundan öncə şouda aparıcılıq edənlərdən biri də Mətanət Əliverdiyeva olmuşdu.
7News.Az








