"Hər şey daxil"in qonağı olan əməkdar artist Vasif Məhərrəmli və Xatirə islam verilişə duetlərini ifa edərək daxil olublar.
7News.Az xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) xanım ifaçıya üzünü tutaraq "Xatirə, çıxdın bizim efirə. Dedin ki, "Daha heç kimlə duet oxumayacam"" söyləyib.

Aparıcının sualına əməkdar artist cavab verib:
"O deməmişdi. Bir qaratikan kolu var idi, o dedirtmişdi. Biz dostuq, bizim aramızda söz-söhbət də ola bilər, sərinlik də ola bilər, incimə də ola bilər. Aramızda sərinlik bir nəfərə görə olub. Düzünü deyim - o şəxs nə xanımdır, nə kişi (gülür)".
7News.Az








