Ötən gün xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın saçlarını keçəl etdirməsi sosial mediada müzakirə edilib.
7News.Az xəbər verir ki, həyat yoldaşı Röyalın da ona dəstəkjolaraq eyni addımı atması təqdirəlayiq hesab olunub.
Daha bir diqqət çəkən məqam isə Röyalın sosial şəbəkədə yazdığı status olub. O, keçəl fotosunu paylaşaraq "Bağışla ki, sənin üçün sadəcə saçlarımı qurban verə bilirəm, həyatımı yox” deyə, yazıb.
Qeyd edək ki, Tünzalənin xəstəliyi ikinci dəfə metastaz verib.
7News.Az








