7News.az xəbər verir ki, Braziliyanın Maranyan ştatında, onilliklər ərzində xarici dünya ilə birbaşa təmas olmadan yaşamış yerli Ava-Quaja (Awá-Guajá) xalqına mənsub bir qrup meşədən çıxaraq, başqa bir yerli icmaya aid kəndə yaxınlaşıb. Kadrlarda qadın və uşaqların da olduğu bu qrupa ərzaq verilməsi anı əks olunub. Lakin uşaqların və yaşlıların bəzilərinin həddindən artıq arıq və halsız görünməsi narahatlıq doğurub. Bu nadir qarşılaşmadan sonra Braziliya hakimiyyət orqanları səhiyyə və təhlükəsizlik tədbirlərini gücləndiriblər.








