7News.az xəbər verir ki, Kolumbiyada sosial media fenomeni Aleks Migel Qusman Diasın da iştirak etdiyi bir mübahisə qanlı sonluqla bitdi. Dostunu qorumaq üçün mübahisəyə müdaxilə etdiyi bildirilən 28 yaşlı fenomen, küçənin ortasında təxminən 10 nəfərlik bir qrupun hücumuna məruz qaldı. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan gənc kişi orada dünyasını dəyişdi. Hücum anı isə kameralara düşdü.








