Amerikalı müğənni və aktrisa Cennifer Lopes qeyri-rəsmi nikahda yaşadığı Aleks Rodrigeslə nişanlanıb.
7News.Az TMZ-yə istinadən bildirir ki, "Yankis" beysbol klubunun sabiq ulduzu, 43 yaşlı A.Rodriges 49 yaşlı "Cey Lo"ya 20 karatlıq brilyant qaşlı, zümrüd qaşlarla bəzədilmiş üzük hədiyyə edib. Üzüyün dəyəri 4,5 milyon dollardır.
A.Rodriges və C.Lopes nişanlandıqlarını İnstagram profillərində bəyan ediblər. Onlar 14 il əvvəl tanış olsalar da, 2017-ci ilin qışında birlikdə yaşamağa başlayıblar.
C.Lopes indiyədək 3 dəfə ərdə olub. Onun müğənni və bəstəkar Mark Entoni ilə nikahdan əkizləri var. Rodriges iki qız atasıdır.
Amerikalı beysbol ulduzu, "Nyu-York Yankis" və "Çikaqo Uayt Soks" klublarının sabiq oyunçusu, 54 yaşlı Xose Kanseko isə bu arada A.Rodrigesi xəyanətdə suçlayıb.
O, Twitter-dəki profilində yazıb ki, sabiq arvadı Cessika Konseko bir ara Aleks Rodrigesin məşuqəsi olub: "Aleks sabiq arvadımla Cennifer Lopesə xəyanət edib".
Konsekonun sözlərinə görə, Cennifer Lopesin münsiflər heyətinin üzvü olduğu "World of Dance" teleşousuna baxanda sinirlənib və açıqlama ilə çıxış etmək qərarına gəlib.
Alekks Rodriges isə C.Lopes ilə birlikdə Baham adalarında istirahət edir. Beykers Bey çimərliyində olarkən sabiq beysbolçu xəyanətlə bağlı bütün iddiaları rədd edib.
7News.Az











