RU
Demet nişanlı kişi ilə eşq yaşayır?
11:30
216

Demet nişanlı kişi ilə eşq yaşayır?

Keçmiş model Demet Şenerin biznesmen sevgilisi Cenk Küpelinin nişanlı olduğu iddia edilmişdi.

7News.Az axşam.az-a istinadən bildirir ki, Cenkin  Alev Gezer ilə 6 ildir birlikdə olduğu, 3 ildir nişanlandığı deyilib.

Bu xəbərlərdən sonra Küpeli və Gezer açıqlama veriblər.

 

Cenk "Çıxan xəbərlərin heç biri doğru deyil. İndiyə qədər heç kimlə nişanlanmamışam. Alev Gezer keçmiş sevgilimdir və olmayan şeyləri yaymaqla Demetlə olan münasibətimə təsir etməyə çalışır. Bu dəqiqə məmə tək vacib olan Demetlə münasibətimdir. Buna hörmət edilməsini istəyirəm"  deyib.

Gezer də susmayıb və "5 illik bir münasibətimiz olub və 2 ay əvvəl ayrılmışıq. Heç vaxt nişanlanmamışıq. Bu xəbərlərin içərisində özümün və ailəmin adının hallanmasını istəmirəm" deyə, bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ