Xalq artisti Bilal Əliyev haqda Nanə Ağamalıyevanın aparıcısı olduğu "Şou ATV” proqramında sujet nümayiş etdirilib.
7News.Az xəbər verir ki, sujet zamanı Əliyevin ailəsində yaşadığı itkilərdən dolayı dərd çəkdiyi və bu səbəbdən efirə çıxmadığı bildirilib.
Sözügedən sujet sosial mediada səhifələrinin birində yayımlanıb. Nanə ilə eyni anda "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramının aparıcısı, prodüser Tarix Əliyev (Tolik) məsələyə biganə qalmayıb.
O, "Dünən Bilal Əliyevlə danışmışam. Dedi ki, dişlərimi düzəltdirirəm, ona görə efirə çıxmıram. Dərd əlindən demədi” deyə, Tolik yazıb.









