"Youtube" ulduzu Kassidi Valentin ekran qarşısında özgüvəninin aşağı olması ilə bağlı video paylaşım etdikdən sonra gözəllik mərkəzlərinin birindən ona dodağına dolğu vurdurmaq təklifi gəlib.
21 yaşlı qız təklifi qəbul edib. Ancaq dolğu edildikdən bir neçə dəqiqə sonra onun dodaqları şişməyə, göyərməyə başlayıb. Dolğunu edən kosmetoloq bunun normal olduğunu desə də, Kassidi başqa klinikaya gedib. Burada isə ona, dodaqdakı toxumaların ölməyə başladığını və damarların tıxandığını deyərək müalicəyə başlayıblar.
"Sosial media fenomenlərinin istifadə etdiyi şeylərə hər zaman güvənməyin. Onlar çox vaxt pulsuz olduğu üçün belə təklifləri qəbul edirlər. Başınıza nə gələcəyini bilməzsiniz" deyə, bloqer bildirib.



7News.Az








