RU
Gələn il “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb - SƏRƏNCAM
14:40
18

Gələn il “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Sərəncam imzalayıb.

 Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.

"Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ